HÜQUQŞÜNAS TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!!!
24/01/20182-5 may 2018-ci il tarixlərdə Bakı və Quba şəhərlərində Bakı Dövlət Universiteti və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin əməkdaşlığı ilə “Hüquq qaydası, Aİ və Mərkəzi Asiya və Qafqaz regionu ölkələri arasında azad ticarət – preferensial ticarət sazişləri” mövzusunda birgə tələbə seminarı keçiriləcəkdir. Seminarın işçi dili ingilis dilidir. Qeydiyyat üçün son tarix 25 fevral 2018-ci ildir. Tədbirlər bağlı ilk hazırlıq iclasının 20 fevral 2018-ci ildə saat 12.15-də BDU “Müli proses və kommersiya hüququ” kafedrasında (I korpus) keçirilməsi nəzərdə tutulur. Seminarla bağlı məlumatı buradan yükləyə bilərsiniz.
