HÜQUQŞÜNAS TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!!!

15/09/2017

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti 2018-ci ildə keçirilməsi nəzərdə tutulan "Topçubaşov Arbitraj Məhkəmə Müsabiqəsi"ndə iştirak üçün qeydiyyata başlayıb. Müsabiqədə bakalavr təhsil pilləsinin 2, 3, 4-cü kursunda, habelə magistratura pilləsində təhsil alan bütün hüquq tələbələrinin iştirakı mümkündür.
Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqədə 2 (iki) və daha artıq üzvdən ibarət komandalar iştirak edir.

Qeydiyyat müsabiqə cədvəlinə uyğun olaraq 15 noyabr 2017-ci il tarixində bitəcəkdir. Müsabiqə işi cədvəl üzrə yaxın günlərdə elan olunacaqdır.

Müsabiqədə iştirak üçün aşağıdakı səhifədə qeydiyyatdan keçmək mümkündür: http://moot.bsulawss.org/arbitration/registration/.
Əlavə məlumat və sizi maraqlandıran suallarla əlaqədar Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinə müraciət edə bilərsiniz.

Bookmark and Share