Konstitusiya Günü qeyd edildi

12/11/2011

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 16-cı il dönümü münasibətilə Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə 12 noyabr 2011-ci il tarixdə Hüquq fakültəsində tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, fakültənin dekan müavini dosent Gündüz Kərimov, Hüquq fakültəsi Tələbə-Gənclər Təşkilatının Sədri Məhəmməd Hacıyev çıxış etmişlər. Qeyd edilmişdir ki, dövlətçiliyin və iqtisadiyyatın gücləndiyi, demokratik və müasir dəyərlərin inkişaf etdiyi indiki dövrdə Konstitusiya Günü hər bir vətəndaş üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsi, xalqımızın rifahının yüksəldilməsi üçün hər birimiz ilk növbədə, Konstitusiyada bəyan edilmiş milli və ümumbəşəri dəyərləri qorumalı və inkişaf etdirməliyik.

Tədbirdən sonra Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələr talassemiya xəstələri üçün qanvermə aksiyası keçirmişlər.

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share