Konstitusiya gününə həsr olunmuş tədbir

12/11/2015

Hüquq fakültəsində Konstitusiya gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə aktiv tələbələr, Tələbə Elmi Cəmiyyətinin üzvləri, dekan müavinləri və fakültənin müəllim heyəti iştirak etdi. Tədbiri açıq elan edən Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini A.N.İbrahimova tədbirin vacibliyindən söz açdı. Konstitusiya hüququ kafedrasının müəllimi h.ü.f.d. S.F.Əliyev, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimləri h.ü.f.d., dos. N.H.Mehdiyev, h.ü.f.d. S.Ə.Eyvazova və ən sonda Tələbə Elmi Cəmiyyətinin Sədri Günel Abdullayeva Konstitusiya hüququnun aktual məsələlərindən söz açdılar və Konstitusiyanın vacib aspektlərinə toxundular.

Bookmark and Share