Lancaster Universitetinin Hüquq fakültəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması

23/10/2015

18-21 oktyabr tarixlərində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini G.R.Ələsgərova Böyük Britaniyanın Lancaster Universitetinə işgüzar səfər etmişdir. Səfər zamanı Hüquq fakültəsinin dekan müavini, prof. James Sweeney, Hüquq fakültəsinin dekanı, prof. Alisdair Gillespie, Beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini, prof. Robert Geyer və Beynəlxalq proqramlar şöbəsinin müdiri, xanım Michele Luxon ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasının imkanları və perspektivləri müzakirə olundu.

Qeyd etmək lazımdır ki, səfər British Council-dan udulmuş qrant vasitəsi ilə maliyyələşdirildi.


Bookmark and Share