Lancaster Universitetinin professoru BDU-da
03/10/2016Böyük Britaniyanın top 10 universitetləri siyahısına düşən Lancaster Universitetinin professoru James Sweeney 27.09-30.09 tarixlərində BDU-nun Hüquq fakültəsini ziyarət etmişdir. Səfər British Council-in maliyyə dəstəyi ilə baş tutmuşdur. Səfərin əsas məqsədi hər iki universitetin müəllim heyətinin iştirakı ilə birgə tədqiqat layihələrinə başlamaq üçün imkanların öyrənilməsi idi. Cənab Sweeney fakültənin dekanı prof. Əmir Əliyev və müəllim heyəti ilə bir sıra görüşlər keçirdi və əlavə olaraq magistr tələbələrə “Keçid dövründə ədalət mühakiməsi” adlı mühazirə apardı.
![]() |
![]() |
![]() |
![]() |
