Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ikili diplom proqramı üzrə ikitərəfli formatda iclas

18/12/2020

15 dekabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi  və Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsi “Dəniz və enerji hüququ QMU və BDU-nun tədris proqramlarında” mövzusunda birgə elmi-metodiki dəyirmi masa keçirmişdir. Tədbir magistratura təhsil səviyyəsində “Dəniz və enerji hüququ” üzrə ikilidiplom təhsil proqramının realizəsi istiqamətində baş tutmuşdur. Tədbirdə BDU-nun Hüquq fakültəsi tərəfindən: dekan, h.ü.e.d., prof. Əmir Əliyev, “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının müdiri, h.ü.f.d., dos. Əlizadə Məmmədov, h.ü.e.d., dos. Turqay Hüseynov, h.ü.f.d., dos. Samirə Eyvazova, h.ü.f.d., müəllim Natiq Əsgərov, QMU-nun Hüquq fakültəsi tərəfindən: “Gömrük, maliyyə və ekologiya hüququ” kafedrasının müdiri, h.ü.e.d., prof. Ayjan Jatkanbayeva, h.ü.f.d., prof. Gülnara Ayqarinova, h.ü.f.d., dos. Araylın Canqabulova, h.ü.f.d. Qalım Teleuov iştirak etmişdir. Həmçinin “Dəniz və enerji hüququ” magistratura ixtisaslamasının I kursunda təhsil alan magistrantlar da tədbirdə iştirak etmişdir. Dəyirmi masada ikilidiplom təhsil proqramının realizəsinin mövcud vəziyyəti, magistr dissertasiyası mövzuları, elmi məqalələrin birgə nəşr edilməsi məsələləri  müzakirə olunmuşdur. Magistrantlar tərəfindən seçilmiş dissertasiya mövzularının aktuallığı, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti üzrə magistrlərin də iştirakı ilə fikir mübadiləsi aparılmışdır. Magistrantlar və onların elmi rəhbərlərinin planları dinlənilmişdir. Həmçinin dissertasiya işlərinin yerinə yetirilməsi üzrə onların üzləşdiyi çətinliklər müzakirə edilmişdir. Dəyirmi masada seçilmiş dissertasiya mövzularının aktual, nəzəri və təcrübi baxımdan əhəmiyyətli olması yekdilliklə qəbil edilmişdir. Müzakirələrin yekununda belə tədbirlərin mütəmadi, ən azından hər bir tədris sessiyasının sonunda keçirilməsi qərara alındı.

Bookmark and Share