Martın 4-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilib.

04/03/2021

 

Fakültənin bütün xanım əməkdaş və tələbələrini təbrik edən Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb.
Cəmiyyətin vətənə, millətə məhəbbət və sədaqət ideyaları əsasında formalaşmasında, milli adət ənənələrin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsində Azərbaycan qadınının xüsusi rol oynadığını diqqətə çatdıran Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov ölkəmizin bütün sahələrdə inkişafına qadınların öz töhfəsini verdiyini bildirib.
Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə qadınların cəmiyyətin müxtəlif sahələrində önə çəkildiyini, şəxsi bacarıq və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm addımların atıldığını vurğulayan professor Mayis Əliyev qadın siyasətinin əsasının da ulu öndər tərəfindən qoyulduğunu qeyd edib. Öz növbəsində, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırıb. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradıb. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.
Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Şükür Yusifov öz çıxışında Azərbaycan xanımının cəmiyyətdə rolunun günbəgün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamış, Fakültənin xanım tələbə kontingentinin sayının ildən ilə artdığını qeyd etmişdir.
Hüquq üzrə fəlsəfə doktoru, dosent Məleykə Bayramova bildirib ki, bu il ilk idir ki, Azərbaycan qadını təntənəli şəkildə, böyük sevinclə bayramı qarşılayır. Güclü və qalib bir dövlətin vətəndaş xanımları olaraq daima fəxr hissi duyduğunu və vətənimiz üçün döyüşüb qalib olan, şəhid olan əsgər övladları böyüdən analarımızı, həmçinin onlara ədalət hissini, vətənpərvərlik ruhunu aşılamağa çalışan təhsil işçilərini, müəllim xanımlarını təbrik edərək,  uğurlar arzulayıb.
Daha sonra Hüquq fakültəsi tələbə xanımları adından çıxış edən 1-ci kurs tələbəsi Fatimə Mahmudzadə  ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, fakültənin həyatında qadınların rolundan danışıb və göstərilən yüksək diqqət və qayğıya görə Fakültə rəhbərliyinə və bütün müəllim heyətinə öz təşəkkürlərini bildirib.
Sonda fakültənin sosial həyatında göstərdikləri uğurlu fəaliyyətə və yüksək akademik göstəricilərə görə fakültənin tələbələri Firavan Əlizadə, Cəmilə Nəcəfzadə, Ayşən Bəşirli, Kərimova Aydan və Nərmin Hüseynova Təşəkkürnamə ilə təltif olunublar.

Fakültənin bütün xanım əməkdaş və tələbələrini təbrik edən Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb. Cəmiyyətin vətənə, millətə məhəbbət və sədaqət ideyaları əsasında formalaşmasında, milli adət ənənələrin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsində Azərbaycan qadınının xüsusi rol oynadığını diqqətə çatdıran Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov ölkəmizin bütün sahələrdə inkişafına qadınların öz töhfəsini verdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə qadınların cəmiyyətin müxtəlif sahələrində önə çəkildiyini, şəxsi bacarıq və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm addımların atıldığını vurğulayan professor Mayis Əliyev qadın siyasətinin əsasının da ulu öndər tərəfindən qoyulduğunu qeyd edib. Öz növbəsində, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırıb. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradıb. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir. Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Şükür Yusifov öz çıxışında Azərbaycan xanımının cəmiyyətdə rolunun günbəgün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamış, Fakültənin xanım tələbə kontingentinin sayının ildən ilə artdığını qeyd etmişdir.  Hüquq üzrə fəlsəfə doktoru, dosent Məleykə Bayramova bildirib ki, bu il ilk idir ki, Azərbaycan qadını təntənəli şəkildə, böyük sevinclə bayramı qarşılayır. Güclü və qalib bir dövlətin vətəndaş xanımları olaraq daima fəxr hissi duyduğunu və vətənimiz üçün döyüşüb qalib olan, şəhid olan əsgər övladları böyüdən analarımızı, həmçinin onlara ədalət hissini, vətənpərvərlik ruhunu aşılamağa çalışan təhsil işçilərini, müəllim xanımlarını təbrik edərək,  uğurlar arzulayıb. Daha sonra Hüquq fakültəsi tələbə xanımları adından çıxış edən 1-ci kurs tələbəsi Fatimə Mahmudzadə  ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, fakültənin həyatında qadınların rolundan danışıb və göstərilən yüksək diqqət və qayğıya görə Fakültə rəhbərliyinə və bütün müəllim heyətinə öz təşəkkürlərini bildirib. Sonda fakültənin sosial həyatında göstərdikləri uğurlu fəaliyyətə və yüksək akademik göstəricilərə görə fakültənin tələbələri Firavan Əlizadə, Cəmilə Nəcəfzadə, Ayşən Bəşirli, Kərimova Aydan və Nərmin Hüseynova Təşəkkürnamə ilə təltif olunublar.

 

Bookmark and Share