Moskva Dövlət Universitetində MDB-nin lider tələbələrinin forumu keçirilmişdir
24/06/20092009-cu ilin yanvarin 22-dən 26-na qədər Moskva Dövlət UniversitetindəMDB-nin lider tələbələrinin forumu keçirilmişdir.Bu forumda Azərbaycan gənclərini Bakı Dövlət Universitetininiki tələbəsi təmsil edirdi.Onlardan biri hüquq fakültəsinin ıv kurs tələbəsi Cavidİsgəndərzadə olmuşdur.Forumun əsas məqsədi müasir dovrdə MDB məkanında təhsil alan tələbələrin problemlərini müzakirə etmək və bu problemlərin həlli ilə bağli fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur. Cavidİsgəndərzadə forumla bağlı məlumat verərkən bildirdi ki ,bu dəfəki forum MDU-nun təşkil edilməsinin il dönümü ilə eyni günlərə təsadüf edirdi.Məlumdur ki,MDU-nun əsası 1755-ci ilin yanvar ayında qoyulmuşdur.Buna görə də foruma MDU ev sahibliyi edirdi.Forumun bütün rəsmi toplantıları MDU-nun əsas binasında keçirilirdi. Forumda əsas məsələlərdən biri də Azərbaycan həqiqətlərini ,o cümlədən Dağlıq Qarabağla bağlı erməni iddialarının əsas məqsədini ayrı-ayrı respublikalardan gələn tələbə gənclərə çatdırmaqdan ibarət idi.Buna görə də foruma hazirliqlı getmişdik.Azərbaycan həqiqətləri ilə bağlı apardigimiz coxsaylı kitabları,foto-şəkilləri,CD və DVD-ləri tələbələrə paylayır və hamının diqqətini bu məsələyə cəlb etmək istəyirdik.Cavid İsgəndərzadə bildirdi ki,MDU-nun rektoru, akademik V.A.Sadovniçin Azərbaycana,o cümlədən BDU-nun rektoru, akademik A.M.Məhərrəmova səmimi münasibəti olduğuna görə bizi ayrica qəbul etdi,kitab və disklərin tələbələrə çatdırilması üçünşərait yaratdi.Bu işdə Ukraynadan gələn tələbələr bizə yaxından köməklik göstərdilər. Forumda hamının diqqətini cəlb edən məruzələrdən birini MDU-nun Bakı filialının rektoru,BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru prof. Nərgiz xanım Paşayeva etdi.Nərgiz xanımın məruzəsilə bağlı xüsusi müzakirə keçirildi.Cavid İsgəndərzadə məlumat verdi ki,forum keçirilən günlərdə fürsətdən istifadə edib Azərbaycan günü keçirdik Gecəyə MDU-nun ayrı-ayrı fakültələrində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, müxtəlif ölkələri təmsil edən tələbələri də dəvət etmişdik.Gecədə ən çox diqqət çəkən məsələ Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olması və orada yaşayan tayfaların türk dilli olmaları ilə bağlı tarixi həqiqətlərin tələbələrin nəzərinə catdırılması oldu.Xüsusilə 1805-ci ilin mayin 14-də çar Rusiyası ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsi gecədə iştirak edən əcnəbilərin diqqətini cəlb etdi.Çünki bu müqavilədə bir mənalı olaraq bildirilir ki,bu ərazi Qarabağ xanına məxsus olduğuna görə, müqavilə də İbrahimxəlil xanla bağlandı.Yəni bu ərazidə heç bir zaman erməni yaşamamışdır. Cavid İsgəndərzadənin məlumatına görə forumda bizim ən cox qazandığımız Azərbaycan gecəsində ayrı-ayrı respublikalardan gələn tələbələrə verdiyimiz kitablar,foto-albomlar və onlarla apardığımız elmi diskussiyalar oldu.Forumun sonuncu günü Azərbaycan nümayəndə heyəti fəal iştirakına görə MDU-nun rektoru tərəfındən fəxri fərmanla təltif olundu. Cavid İsgəndərzadə bildirdi ki,2 ildir ki, lider tələbələrin forumu keçirilir.Bu forumda Azərbaycani BDU təmsil edir.Bu təmsilçiliyin uğurlu alınması üçün BDU-nun rektoru, akademik A.M.Məhərrəmov tələbələrə hər cür yardımlar göstərir.Fürsətdən istifadə edərək Abel müəllimə öz dərin təşəkkürümü bildirirəm.
