Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfrans
06/05/20132013-cü il 6-7 may tarixlərində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “DÖVLƏT VƏ HÜQUQ QURULUCULUĞUNUN AKTUAL PROBLEMLƏRİ” mövzusunda Respublika elmi-praktik konfrans keçirildi.
Konfransda Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadə giriş sözü ilə çıxış etdi. Professor Aydın Kazımzadə qeyd etdi ki, müasir Azərbaycan məhz Heydər Əliyevin 70-ci illərdən təməlini qoyduğu siyasət üzərində inkişaf edir.
Konfransda Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Heydər Əliyev və insan hüquqları siyasətindən bəhs etdi: “Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq 1998-ci ildə İnsan hüquqları üzrə Fəaliyyət Programı qəbul edildi. İnsan hüquqları bir elm sahəsi kimi Heydər Əliyevin siyasətinin nəticəsi olaraq inkişaf etməyə başladı və yenə bu siyasətin nəticəsi olaraq insan hüquqları hazırda dövlətin ali məqsədini təşkil edir. Nəticədə İnsan hüquqları, Avropa Hüququ, Dəniz və Enerji hüququ adlı programlar çərçivəsində yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanı əldə etdik.”
Professor Əmir Əliyev Konfransın təşkilində verdiyi dəstəyə görə başda Universitetin rektoru akademik Abel Məhərrəmova, professor Aydın Kazımzadəyə, Hüquq fakültəsinin kafedra müdirləri və bütün əməkdaşlarına təşəkkürünü bildirdi.
Konfransda “Cinayət hüququ və kriminologiya” kafedrasının müdiri Firudin Səməndərov, “Əmək və Ekologiya hüququ” kaferasının müdiri professor Alış Qasımov, “Mülki hüquq” kafedrasının müdiri professor Məhəbbət Dəmirçiyeva, “Beynəlxalq ümumi hüquq” kafedrasının müdiri professor Rüstəm Məmmədov ulu öndərin Azərbaycanda hüququn inkişafına göstərdiyi fəaliyyətlə bağlı məruzələr etmişdirlər.
Konfransda 9 bölmə üzrə ümumən 200-dən artıq məruzə dinlənilmişdir.
