İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanovanın Hüquq fakültəsilə görüşü

10/01/2012

2011-ci il dekabr ayının 28-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanovanın Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələrlə görüşü keçirilmişdir. Tədbiri açan Hüquq Fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyev bu görüşü tarixi bir görüş adlandırmışdır. Belə ki, məhz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı qəbul edilmişdir. Bu işdə Müvəkkilin və onun aparatının xüsusi xidmətlərini qeyd edən professor Əmir Əliyev Hüquq fakültəsinin də Müvəkkil aparatı ilə sıx əlaqələrindən danışmışdır. Daha sonra, çıxış edən professor Elmira Süleymanova Müvəkkil aparatının son dövrlər fəaliyyətindən və qarşıda duran problemlərdən söhbət açmışdır. Tədbirin sonunda professor Elmira Süleymanova Hüquq fakültəsinin professor-müəllim heyətinin və tələbələrin çoxsaylı suallarına cavab vermişdir. Belə tədbirlərin hər iki tərəfin -  İnsan Hüquqları üzrə Müvəkkil və Hüquq fakültəsi tərəfindən daha tez-tez keçirilməsi zəruriliyi vurğulanmışdır. Tədbirin əhəmiyyəti nöqteyi-nəzərindən Hüquq fakültəsi adından professor Əmir Əliyev İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) professor Elmira Süleymanovaya dərin minnətdarlıq bildirilmişdir.



Bookmark and Share