"SOSİAL DƏYİŞİM DÖVRÜNDƏ MÜASİR HÜQUQ" adlı XI Beynəlxalq Elmi və Praktik Konfransın materialları 2 cilddə nəşr olunmuşdur
09/03/2021Ukrayna Milli Aviasiya Universitetinin təşəbbüsü və əsas təşkilatçılığı və Bakı Dövlət Universitetininin də (BDU) təşkilatçılıq etdiyi, 10 dan çox ölkənin iyirmidən çox Univeristetinin iştirak etdiyi "SOSİAL DƏYİŞİM DÖVRÜNDƏ MÜASİR HÜQUQ" adlı XI Beynəlxalq Elmi və Praktik Konfransın materialları 2 cilddə nəşr olunmuşdur. Konfransın materiallarında BDU Hüquq fakültəsinin 20 dən çox aliminin - Əmir Əliyev, İpək Abbasova, Firuzə Abbasova, Şəhla Səmədova, Aytəkin İbrahimova, Gülnaz Rzayeva, Şahin Məmmədrzalı və başqalarının elmi məqalələri dərc edilmişdir. Məqalələrdə çağdaş dövrdə hüququn intensiv dəyişikliklərə məruz qalması və yeni inkişaf parametrlərinə yiyələnərək, yeni inkişaf yollarına yönəldilməsi məsələlərinə diqqət göstərilmişdir. Eyni zamanda, hüququn ailiyi, ictimai münasibətlərin tənzimlənməsindəki rolu və əhəmiyyəti, eləcə də cəmiyyətin iqtisadi, siyasi və digər sosial sistemlərinin sabitliyinin və səmərəli fəaliyyətinin təmin edilməsindəki rolu vurğulanmışdır. Mövcud vəziyyətdə hüququn dəyəri yeni şəraitə uyğun olaraq yeni bir keyfiyyətdə təzahür etməsi göstərilmişdir.
