İİT, Çikaqo-Kent hüquq kolleci Qafqaz üçün Amerika Hüquq Məktəbi ilə birlikdə elan edir

01/04/2016

Azərbaycan, Bakıda ilk dəfə İİT, Çikaqo-Kent hüquq kolleci Qafqaz üçün Amerika Hüquq Məktəbi ilə birlikdə Təqaüdlü LL.M Proqramı elan edir. İİT, Çikaqo-Kent Hüquq Kolleci Qafqaz üçün Amerika Hüquq Məktəbi ilə birlikdə Azərbaycanlı hüquqşünaslar üçün 75% təhsil təqaüdlü iki əlaqəli proqram üçün ərizə qəbulu elan edir:
1) Birbaşa Azərbaycan, Bakıda tədris edilən Biznes Hüququ üzrə ixtisaslaşmış xarici iki-semestrlik proqram və
2) ABŞ, İllinoys, Çikaqoda Çikaqo-Kent Hüquq Kollecində tədris edilən bir-semestrlik LL.M dərəcəsi proqramı.
Bütün proqram biznes hüququna əsaslanır və hüququn daha çox tələb olunan mövzularını və onların beynəlxalq təcrübədə tətbiqini əhatə edir. Baş ofisi Gürcüstan, Tbilisidə yerləşən Qafqaz üçün Amerika Hüquq Məktəbi Çikaqo-Kent Hüquq Kolleci ilə birlikdə təhsilin yayılması missiyasına, Amerika hüquqi araşdırmalarının təbliğinə və inkişaf etməkdə olan ölkələrin hüquqşünasları üçün hüquqi təhsilə bərabər çıxışı təmin etməyə dəstək olmaq məqsədi ilə 2012-ci il tarixdə təsis edilmişdir. Qafqaz üçün Amerika Hüquq Məktəbi 2016-cı ilin fevral ayından etibarən Ölkə üzrə ortaq olan cənab Gündüz Kərimovla birlikdə Azərbaycan, Bakıda fəaliyyətə başlamışdır. Bakıda təhsil ili 2016-cı ilin sentyabr ayında başlayacaq və 2017-ci ilin iyun ayında başa çatacaq. Bu iki semestrlik təhsil
müddətində yalnız ingilis dilində keçirilən məcburi on hüquq fənni olacaq və dərslər ancaq Çikaqo-Kent-in müəllimləri tərəfindən tədris olunacaq. Tədris modeli hər fənn üçün 10-12 saat intensiv dərslər keçirilməklə həftə sonları da daxil olmaqla hər ayda bir və ya iki fəndən ibarətdir. Məcburi olan on fənn əsasən biznes hüququnu və hüququn müasir predmetlərini əhatə edir: Hüquqi yazı, Beynəlxalq biznes əməliyyatları, E-ticarət, Onlayn şəkildə müqavilə bağlanması, Əqli Mülkiyyətin idarəedilməsi, ABŞ əqli mülkiyyət hüququ, Müqayisəli hüquq, ABŞ inzibati hüququ və Amerika hüquq sistemlərinə giriş. Hüquq fənlərinin dəqiq başlıqları və proqramı dəyişdirilə bilər. Tədris proqramı, oxu və fənn materialları, imtahan qaydaları və imtahan tapşırıqları, qiymətləndirmə sistemi xüsusi olaraq
Çikaqo-Kent-in müəllimləri tərəfindən hazırlanmışdır. Tələbələr yalnız Çikaqo-Kent-in müəllimləri tərəfindən qiymətləndiriləcək. Bakıda iki semestrlik proqramı bitirdikdən sonra məzunlar öz istəklərinə görə dərhal və ya üç il ərzində ABŞ, İllinoys, Çikaqo-Kent-də LL.M təhsillərini davam etdirə bilərlər. İki semestrlik proqram müddətində əldə edilən kreditlər Çikaqo-
Kent Hüquq Kollecində tam şəkildə tanınır. Bu səbəbdən, Çikaqo-Kent-də magistr təhsili "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə LL.M alınması ilə bir illik təhsil ili əvəzinə bir semestrdə (bir semestr beş aydır) başa çatır. Çikaqo-Kent-də bir semestr təhsilini bitirdikdən sonra tələbələr 80% təhsil təqaüdü ilə ikinci semestr də təhsillərini davam etdirə bilərlər. Buna baxmayaraq Bakıda iki semestrlik proqramı bitirən və Çikaqo-Kent-dən "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə LL.M dərəcəsi alan tələbələrdən Çikaqo-Kent-də iki semestr oxumaq tələb olunmur və yuxarıda qeyd olunduğu kimi LL.M dərəcəsinin bir semestrdə alınması mümkündür. Proqram üçün müraciət edə bilərlər:
1) Təcrübəli hüquqşünaslar, vəkillər, dövlət orqanı hüquqşünasları, korporativ işlər üzrə hüquqşünaslar, notariuslar və ən azı hüquq üzrə bakalavr dərəcəsi olan müxtəlif sahədən olan hüquqşünaslar;
2) Ərizəçinin digər ixtisas üzrə bakalavr dərəcəsi olduqda onun hüquq üzrə bakalavr dərəcəsi olmasa da proqrama qəbul edilə bilər, bu zaman ərizəçinin hüquq üzrə magistr dərəcəsi olması və onun öz ölkəsində vəkillər kollegiyasının üzvü olması məcburidir və ya ərizəçi Çikaqo-Kent-də LL.M təhsilini davam etdirmədən yalnız biznes hüququ proqramı üzrə iki semestrlik sertifikat almağı nəzərdə tuta bilər;
"GPA" göstəriciləri yüksək olan bakalavr pilləsinin sonuncu il tələbələri və ya hüquq fakültəsinin son məzunları bu proqrama müraciət edə bilərlər.
Proqramın üstünlükləri:
1) Hazırki işinizdən ayrılmadan və işgüzar həyat tərzinizi dəyişmədən Bakıda başlayan proqramın çoxşaxəli quruluşundan faydalanmaq;
2) Bakıdakı iki semestrlik Amerika Hüquq Məktəbini bitirdikdən sonra Çikaqo-Kent LL.M proqramına güzəştli və dərhal qəbul olunmaq;
3) Amerika Hüquq Proqramını bitirdikdən sonra məzun Çikaqo-Kent-də "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə bir təhsil ili əvəzinə bir semestr müddətində LL.M dərəcəsi ala bilər;
4) Amerika Hüquq Proqramının məzunu Çikaqo-Kent Hüquq Kollecindən LL.M təhsili üçün 75%-ə qədər təhsil təqaüdü alır. Bu təqaüddən sonra Çikaqo-Kent-də təhsil haqqı 44.000 ABŞ dolları əvəzinə 10.000 ABŞ dolları təşkil edir;
5) Çikaqo-Kent Amerika Hüququ Məktəbində bir semestr təhsil aldıqdan sonra Məzunun məcburi olmayan ikinci semestri oxumaq hüququ yaranır;
6) Amerika Hüquq Proqramını bitirən məzun Çikaqo-Kent-də LL.M proqramına daxil olmaq hüququnu növbəti üç il ərzində saxlayır;
7) Münasib təhsil haqqı və Bakıdakı proqramın təhsil haqqını iki və ya üç dəfəyə ödəmək imkanı;
8) Çikaqodakı magistr təhsili üçün hazır olmaq üçün Amerika Hüquq Proqramı çərçivəsində ingilis dili bacarığını inkişaf etdirmək üçün real imkan;
9) Proqram məzunları üçün TOEFL-dan azadolma - Məzun Amerika Hüquq Proqramını bitirməsi haqqında sertifikat əldə edibsə Çikaqo-Kent tərəfindən TOEFL-dan azad edilir;
10) F1 visası olan Amerika Hüquq Məktəbinin məzunları ABŞ immiqrasiya orqanlarının xüsusi icazəsi olmadan kampus daxilində işləyə bilərlər. Kampusda işəgötürən şəxs bunun üçün Universitetin Beynəlxalq Mərkəzindən icazə alır. Kampusda işin müddəti 1 semestr ərzində həftədə 20 saat və ya sessiyalar olmadığı müddətdə və ya illik məzuniyyət olduqda həftədə 40 saat təşkil edə bilər;
11) Çikaqo-Kent tərəfindən keyfiyyət təminatı;
12) Həmkarlar və müəllimlərlə ünsiyyət;
13) Güclü peşəkar şəbəkənin inkişafı;
14) Çikaqo-Kent-də 80% təqaüdlə ikinci semestr imkanı - bir semestr təhsil aldıqdan sonra tələbələr təhsillərini ikinci semestrdə də davam etdirə bilərlər. Buna baxmayaraq Bakıda iki semestrlik proqramı bitirən və Çikaqo-Kent-dən "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə LL.M dərəcəsi alan tələbələrdən Çikaqo-Kent-də iki semestr oxumaq tələb olunmur və LL.M dərəcəsinin bir semestrdə alınması mümkündür;
15) Dünyanın ən yaxşı məkanı - Çikaqo-Kentin əsas korpusu Çikaqo şəhərinin mərkəzində - ölkənin əsas hüquq bazarlarından birində yerləşir.
Çikaqo-Kent-də ikinci semestr təhsil almağın üstünlükləri:
Çikaqo-Kent-ın məzunu birinci semestrdən sonra həmin kampusda ikinci məcburi olmayan semestrə keçmək hüququna malik olur. Lakin Amerika Hüquq Məktəbindən məzun olanların Çikaqo-Kent-in "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" proqramı üzrə magistr dərəcəsi alması üçün Çikaqo-Kent-də iki semestr təhsil almaları tələb edilmir və magistr dərəcəsinin bir semestr vasitəsilə alınması mümkündür.
Beləliklə, ikinci semestrdə təhsil almaq və ikinci semestrin bütün üstünlüklərindən faydalanmaq Amerika Hüququ Məktəbinin məzununun öz istəyindən asılıdır və məcburi deyildir.
Təhsil haqqı və təqaüd:
1) Amerika Hüquq Məktəbinin məzunu ikinci semestr ərzində - 80% -ə qədər təhsil haqqı təqaüdü alır və bu təqaüddən nəticəsində təhsil haqqı 22.000 ABŞ Dolları əvəzinə 7.250 ABŞ Dolları məbləğini təşkil edir. Beləliklə, tələbə təhsil haqqından 14.750 ABŞ Dolları qənaət etmiş olur.
2) Amerika Hüququ Məktəbinin məzunu Çikaqo-Kent-də oxuyarkən təhsil haqqının iki və ya daha çox hissədə ödənilməsi ilə əlaqədar plan tərtib edilməsi üçün müraciət etməlidir.
Magistr dərəcəsinin istiqaməti:
Çikaqo-Kent-də ikinci semestr bir neçə istiqamətdə dərəcə əldə etmək imkanı verir:
1) Vəkillik üzrə magistr dərəcəsi;
2) Beynəlxalq əqli mülkiyyət hüququ üzrə magistr dərəcəsi;
3) Maliyyə xidmətləri haqqında qanun üzrə magistr dərəcəsi;
4) ABŞ, Beynəlxalq və Transmilli Hüquq üzrə magistr dərəcəsi.
Məşğulluq məsələləri:
İki semestr bitirdikdən sonra magistratura məzununun kampusdan kənar işləmək hüququ yaranır:
Kampusdan kənar bütün işlər üçün iş icazəsi tələb olunur. İş icazəsi ödənişli təcrübi hazırlıq məqsədləri üçün ABŞ miqrasiya orqanı tərəfindən verilə bilər. Ümumiyyətlə, F1 vizasına malik məzunlar iki semestrlik təhsillərinin bitdiyi vaxtdan hesablanan 12 aylıq Könüllü Təcrübi Hazırlıq üçün müraciət edə bilərlər. Bu halda F1 vizasına malik və dərəcəsini 9 aydan çox müddət ərzində əldə etmiş məzuna Birləşmiş Ştatların Vətəndaşlıq və Miqrasiya Xidmətləri tərəfindən tələbə vizası ilə və İş üçün İcazə Kartı əsasında təhsillərinə əlavə formasında təcrübi hazırlıq keçmək üçün bir illik işləmək hüququ verilir.
Vəkillik imtahanı:
Birləşmiş Ştatların hər hansı ştatında vəkillik imtahanının verilməsi:
1) Vəkillik imtahanı ölkə səviyyəsində fevral və iyul aylarında keçirilir Vəkilliyə qəbul şərtləri ştatdan ştata dəyişdiyinə görə tələbələrə daha dəqiq məlumat əldə edilməsi üçün öz ştatlarının vəkillik qurumunun rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə edilir. Müxtəlif imtahanlar barədə məlumat və dövlət vəkillik qurumlarının rəsmi internet səhifələrinə keçidlər əldə etmək üçün məzunlara Vəkillik İmtahanları Təşkilatçılarının Milli Konfransının rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə olunur.
Təhsil haqqı:
2) Azərbaycanlı tələbələr üçün Amerika Hüququ Proqramının təhsil haqqı 5.500 ABŞ Dollarıdır;
3) Çikaqo-Kent Hüquq Kollecində magistr proqramı üçün təhsil haqqının 44.000 ABŞ Dolları olmasına baxmayaraq, Amerika Hüququ Proqramı Məktəbinin məzunları üçün həmin məbləğ 10.000 ABŞ Dollarıdır. Bu səbəbdən Çikaqo-Kent Azərbaycan üçün 75%-ə qədər təhsil təqaüdü təqdim edir;
4) İkinci semestr ərzində Amerika Hüququ Məktəbinin məzunu 80%-ə qədər təqaüd alır və bu təqaüd nəticəsində təhsil haqqı 22.000 ABŞ Dolları əvəzinə 7.250 ABŞ Dolları təşkil edir. Beləliklə, tələbə 14.750 ABŞ Dolları qənaət etmiş olur.
Təqdim edilən sənədlər: bütün müraciət edən şəxslər 1 iyun 2016-cı il tarixə kimi aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
1) CV (ingilis dilində);
2) Şəxsiyyəti təsdiq edən sənəd və/və ya pasportun surəti;
3) Müraciət edən şəxsin təhsili və ya/və iş təcrübəsi və/və ya elmi fəaliyyəti və tövsiyə edən şəxsin əlaqə məlumatları göstərilən tövsiyə məktubu ingilis dilində və ya ingilis dili tərcüməsi ilə Azərbaycan dilində təqdim edilməlidir;
4) Müraciət məktubu (ingilis dilində);
5) Diplomun və ya Bakalavr tələbələri üçün universitet arayışının elektron surət/surətləri.
Sənədlər bu ünvanlara göndərilməlidir: [email protected], [email protected], [email protected], [email protected]
Qeyd: Təqdim edilən sənədlərin həcmi 10 MB-dan artıq olmamalıdır. Sənədlər təqdim edildikdən sonra təsdiq məktubu alınacaq. Təsdiq məktubu alınmadıqda yerli nümayəndənizlə əlaqə saxlamağınız məsləhət görülür.
Önəmli tarixlər:
1) Ərizənin təqdim edilməsi: 1 iyun 2016-ci il tarixə kimi
2) Seçilmiş şəxslərin elan edilməsi: 15 iyun 2016
3) Seçilmiş şəxslərlə müsahibə: 25-27 iyun 2016
4) Seçki Komissiyasının qəbulla bağlı qərarı: 15 iyul 2016
5) Tələbə müqaviləsinin imzalanması: 16-29 iyul 2016
6) Azərbaycan, Bakıda təhsil ilinin açılışı: Sentyabr 2016
Əlavə Məlumat:
Hüquq təhsil sistemində lider olan İllinoys Texnologiya İnstitutunun Çikaqo-Kent Hüquq Kolleci elmi üstünlüyü və tədris yenilikləri ilə çox geniş tanınır. Çikaqo-Kent Hüquq Kolleci İllinoys Ştatında ikinci ən qədim hüquq məktəbidir. Çikaqo-Kent Kollecinin tarixi yenilik və üstünlüklərlə qeyd olunur. ABŞ hüquq təhsilində lider olaraq, Çikaqo-Kent gələcək hüquqşünaslar üçün böyük məktəbdir. Çikaqo-Kent Kollecini daha da perspektiv edən tədris prosesində hüquqi yazının və təcrübəyə əsaslanan yeni məhkəmə çəkişmə üsullarının öyrənilməsi və öz hüquq firmasında təcrübə və iş imkanlarıdır.
Çikaqo-Kent Kolleci 1936-cı ildə Amerika Hüquqşünaslar Assosiasiyası və 1951-ci ildə Amerika Hüquq Məktəblərinin Assosiasiyası tərəfindən akkreditasiya əldə etmişdir.
2015-ci ildə "US News & World Reports" Çikaqo-Kent Kollecinin Amerika hüquq məktəbləri arasında ən çox tələb olunan və tanınmış proqramları arasında aşağıdakıları göstərmişdir:
Vəkillik peşəsi - 4-cü yer
Əqli Mülkiyyət Hüququ - 7-ci yer
"US News & World Reports"-nın verdiyi məlumata əsasən, Çikaqo-Kent Kollecinin məzunlarının işə qəbul səviyyəsi 9 ay ərzində 66.2% və 90.7% arasında olmuşdur.
2012-ci ildən etibarən Çikaqo-Kent Hüquq Kolleci baş ofisi Gürcüstan, Tbilisi şəhərində yerləşən Qafqaz regionu üçün nəzərdə tutulan xüsusi xarici proqramlarını uğurla həyata keçirməklə inkişaf etməkdə olan ölkələrin hüquqşünaslarına hüquqi biliklərini artırmağa dəstək olur. Bu proqram ilk və yeganə proqramdır ki, Qafqaz regionunda ABŞ tədris metodlarına əsaslanaraq hüquqşünaslara yüksək keyfiyyətli təhsil verir və eyni zamanda ABŞ-da LL.M proqramı üçün təhsil təqaüdü imkanları təqdim edir.
Son üç il ərzində, 120 - ə qədər Gürcüstan və Azərbaycandan olan təcrübəli vəkillər, dövlət orqanlarından, məhkəmə sistemindən və müxtəlif hüquq və biznes sahələrindən olan orta və yüksək ixtisaslı hüquqşünaslar proqrama daxil
edilmişdir və artıq 98 nəfər iki semestrlik proqramı bitirmişdir, həmçinin onlardan 36 nəfəri Çikaqo-Kent Hüquq Kollecində LL.M dərəcəsi alıblar və 22 nəfər isə 2016-cı ilin avqust ayında LL.M proqramına başlayacaq.
Faydalı mənbələr:
Proqram haqqında məlumat: www.salcaucasus.ge
Amerika Hüquq Məktəbi haqqında məlumat: http://www.kentlaw.iit.edu/academics/llm-programs/us-international-and-transnational-law/special-llm-and-overseas-training-programs/school-of-american-law-for-caucasus-and-turkey
Çikaqo-Kent Hüquq Kolleci: www.kentlaw.iit.edu
"Hüquq Məktəbini perspektivli edən: Çikaqo-Kent Kollecindən baxış" adlı qısa video: http://youtu.be/pKu1V5UTjUQ
Bizi Facebook-da axtarın:
School of American Law for Azerbaijan, Chicago-Kent College of Law
School of American Law, Chicago-Kent College of Law
Azərbaycan ofisində əlaqələndirici şəxs:
Xədicə Məmmədova
[email protected]
mob: +994 51 911 11 33
Gürcüstan, Tbilisidə yerlşən baş ofisdə əlaqələndirici şəxs:
Maia Meskhi
Təsisçi, İcraçı Direktor
[email protected]
mob:+995 77 774030
Ketevan Jeladze
Təsisçi, Regional Direktor
[email protected]
mob:+995 77 974001

Bookmark and Share