İtaliyanın Padova Universiteti ilə BDU-nin Hüquq fakültəsi arasında niyyət protokolu

13/06/2013

13 İyun 2013-cü il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Azərbaycan-İtaliya Assosiasiyasının Prezidenti Domeniko Tomanio, Padova Universitetinin professoru Torquato Tasso, Padova Universitetinin bir qrup professor müəllim heyəti ilə Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, digər fakültə əməkdaşları arasında görüş olmuşdur. Görüş zamanı universitetlər arası ikitərəfli əməkdaşlığın yaradılması, qarşılıqlı əlaqələrin inkişafı, yeni təhsil programlarının yaradılması istiqamətində danışıqlar aparılmışdır.

Nəticədə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Padova Universiteti arasında niyyət protokolu imzalanmış, beləliklə, Universitetlər arası gələcək qarşılıqlı əməkdaşlığın əsası qoyulmuşdur.

Bookmark and Share