Tələbələrimiz Azərbaycanı Vaşinqtonda təmsil etdilər

20/04/2016

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bir rup tələbəsi: Sevil Hafiz qızı Əliyeva, Qəmər Musa qızı Əlizadə, Nurlana Yasif qızı Dünyamalıyeva, Turxan İsrafil oğlu İsmayılzadə və Araz Gülmirzə oğlu Poladov 27mart -2 aprel 2016-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində təşkil edilən “Filip Cessap adına Beynəlxalq Rəmzi Məhkəmə Prosesi Müsabiqəsi”ndə iştirak edərək Azərbaycanı təmsil etmişdirlər. BDU Hüquq fakültəsi uzun bir aradan sonra müsabiqəyə qatıldı.

Fakültə tələbələrimizin Vaşinqtona səfərlərinin reallaşmasında maliyyə dəstəyi göstərən Ekvita hüquq şirkətinə, PWC şirkətinə və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna dərin minnətdarlığını bildirir.

Bookmark and Share