Ukrayna alimləri BDU-nun Hüquq fakültəsində

01/04/2015

Ukraynanın cinayət hüququ və kriminologiya üzrə tanınmış alimləri BDU-nun Hüquq fakültəsinin qonaqları oldular.Ukraynanın Vəkillik Akademiyasını, Daxili İşlər Nazirliyi nəznində fəaliyyət göstərən Milli Akademiyasını və Hüquq Elmləri üzrə Milli Akademiyanı təmsil edən qonaqlar yuxarıda adları çəkilən elmi təşkilatlarla BDU-nun Hüquq fakültəsi arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə etdilər. Əlavə olaraq, ukraynalı qonaqlar fakültədə baş tutan doktorluq müdafiəsinə həsr olunmuş müzakirələrdə də iştirak etdilər.


Bookmark and Share