Vurçburq Universitetinə səfər

28/02/2014

2014-cü il 26-28 fevral tarixlərində BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru professor Əmir Əliyev, Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Rüstəm Məmmədov və fakültənin müəllimi Məhəmməd Quluzadə Almaniyanın Vurçburq Universitetinə səfər etmişdir. Səfər zamanı BDU ilə Vurçburq universitetlərinin Avropa Hüququ üzrə birgə magistratura layihəsinin hazırkı vəziyyəti və layihəyə dair gələcək planlar Vurçburq universitetinin rektoru professor Fledşer ilə müzakirə edilmişdir. Professor Fledşer birgə layihənin uğurla icra edilməsini qeyd edərək BDU ilə gələcəkdə də əməkdaşlığın edilməsində maraqlı olduğunu qeyd etmişdir.

Daha sonra, Vurçburq universitetinin prorektoru professor Paxe ilə geniş və ətraflı müzakirələr aoarılmışdır.

Səfər çərçivəsində BDU-nun müəllimi Məhəmməd Quluzadə Vurçburq universitetinin professor-müəllim heyəti və tələbələri üçün ingilis dilində açıq mühazirə keçirmişdir. Mühazirədə Vurçburq universitetinin prorektoru professor Paxe, hüquq fakültəsinin dekanı, müəllim və tələbə heyəti iştirak etmişdir. Prorektor Paxe mühazirəçiyə təşəkkür edərək gələcəkdə də Azərbaycan alimləri üçün oxşar açıq mühazirələrin təşkil edilməsində maraqlı olduğunu qeyd etdi
.

Bookmark and Share