Vyetnam Parlamentinin Hüquq Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti BDU-nun Hüquq fakültəsində
10/10/2014Bu gün Vyetnam Parlamentinin Hüquq Komitəsinin sədri, professor Fan Trunglinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrindən danışıb, münasibətlərinson vaxtlar sürətlə inkişaf etdiyini, Prezident İlham Əliyevin Vyetnama səfərinin münasibətlərimizin inkişafında önəmli rol oynadığını bildirib.
Görüşdən sonra Vyetnam Parlamentinin delegasiyasının üzvləri məzunları olduqları BDU-nun Hüquq fakültəsini yad etdilər.
