Yeni Azərbaycan Partiyası Hüquq fakültəsi birinci kurslarla görüş keçirdi
18/02/2021
18.02.2021 tarixində YAP Yasamal Rayon Təşkilatının Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 1-ci kurs tələbələri ilə görüşü baş tutmuşdur.
Fakültənin dekan müavini Aytəkin İbrahimova tədbiri giriş sözü ilə açaraq təşkilatın fəaliyyətinin mahiyyətindən, tələbələrin təşkilata üzv olmasının əhəmiyyətindən danışmışdır.
Daha sonra YAP Yasamal Rayon Təşkilatının Sədr müavini Bəxtiyar Nəbiyev çıxış edərək il ərzində görülmüş işlər haqqında məlumat vermişdir.
YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri İlqar Quliyev respublika ərazisində keçirilən müxtəlif tədbirlərdə gənclərin ön planda olmasını vurğulamışdır.
Tədbirin sonunda Təşkilatın 2020-ci il hesabatına dair videoçarx nümayiş etdirilmişdir.
18.02.2021 tarixində YAP Yasamal Rayon Təşkilatının Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 1-ci kurs tələbələri ilə görüşü baş tutmuşdur. Fakültənin dekan müavini Aytəkin İbrahimova tədbiri giriş sözü ilə açaraq təşkilatın fəaliyyətinin mahiyyətindən, tələbələrin təşkilata üzv olmasının əhəmiyyətindən danışmışdır. Daha sonra YAP Yasamal Rayon Təşkilatının Sədr müavini Bəxtiyar Nəbiyev çıxış edərək il ərzində görülmüş işlər haqqında məlumat vermişdir. YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri İlqar Quliyev respublika ərazisində keçirilən müxtəlif tədbirlərdə gənclərin ön planda olmasını vurğulamışdır.
Tədbirin sonunda Təşkilatın 2020-ci il hesabatına dair videoçarx nümayiş etdirilmişdir.
