Xəbərlər

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

Tarix: 30/05/2018

Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov Tbilisi şəhərində Max – Planck İnstitutu tərəfindən təşkil olunan “Narkotiklərə qarşı mübarizə, qanun və məhkəmə praktikası. Onunla mübarizə siyasətində yeni çağırışlar və meyillər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

| Ətraflı


Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans keçirilib

Tarix: 29/05/2018

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Qloballaşma və Azərbaycan Respublikasında hüquq elminin əsas inkişaf istiqamətləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

| Ətraflı


Ali Məhkəməsinin hakimi Hüquq fakültəsinin qonağı olub

Tarix: 24/05/2018

BDU Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əli Rüstəmovla fakültə tələbələrinin görüşü keçirilib.

| Ətraflı


BDU-da Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin nümayəndə heyəti ilə görüş olub

Tarix: 03/05/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin İqtisadi Hüquq İnstitutunun direktoru, professor Kristian Tietyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

| Ətraflı


Hüquq fakültəsinin məzunu Çində universitet birincisi olub

Tarix: 13/04/2018

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili almış, fakültənin Tələbə Gənclər Təşkilatının sədri və iki dəfə “İlin tələbəsi” seçilmis, hazırda təhsilini Çin Xalq Respublikasının Renmin Universitetində “Çinin biznes hüququ” üzrə magistr pilləsində davam etdirən Fərahim Hüseynzadə yeni bir uğura imza atıb.

| Ətraflı


Hüquq fakültəsinin müəllimi qrant müsabiqəsinin qalibi olub

Tarix: 12/04/2018

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının gənc müəllimi Elsevər Muradov “Azərbaycan Elm Assosiasiyası”nın həmsədri vəzifəsini icra edən İntiqam Şahbazovla birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil edərək keçirdiyi “Gənc alim” və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım”- qrant müsabiqəsinin qalibi olublar.

| Ətraflı


Bakı Dövlət Universitetində abituriyentlər üçün açıq qapı günü keçirilib

Tarix: 03/04/2018

Bakı Dövlət Universitetinin Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin təşkilatçılığı ilə Mingəçevir “İstək” liseyinin XI sinif şagirdləri  universitetdə olub.

| Ətraflı


BDU Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub

Tarix: 02/04/2018

Martın 31-də Ombudsman Aparatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib.

| Ətraflı


BDU Hüquq fakültəsinin tələbələrindən ibarət komanda beynəlxalq məhkəmə simulyasiyası yarşmasında iştirak edir

Tarix: 02/04/2018

Məlum olduğu kimi, hazırda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkil etdiyi  F.C.Cessapın şərəfinə təşkil olunan Beynəlxalq Hüquq üzrə Məhkəmə Simulyasiyasına dair sayca 59-cu yarışma keçirilməkdədir.

| Ətraflı


ELM İCTİMAİYYƏTİNİN, HÜQUQŞÜNASLARIN VƏ MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ!!!

Tarix: 29/03/2018

31 mart 2018-ci il, saat 11:00-da Park İnn otelinin Dan ulduzu zalında BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin müəllifi olduğu və Azərbaycan, fransız, ingilis, rus, türk dillərində nəşr edilmiş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı keçiriləcək.

| Ətraflı


BDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Tarix: 29/03/2018

Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

| Ətraflı


BDU Hüquq fakültəsinin müəllimi Avropa Şurasının layihəsi üzrə təlimçidir

Tarix: 19/03/2018

Avropa Şurasının Bakı Ofisi 2015-ci ilin yanvar ayından Avropa İttifaqının maliyyə dəstəyi ilə “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” adlı layihə həyata keçirir.

| Ətraflı


Bakı Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti müqavilə imzaladı

Tarix: 05/03/2018

Bakı Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqaviləsi imzalanıb.

| Ətraflı


Hüquq fakültəsində Xocalı soyqırımı anılıb

Tarix: 26/02/2018

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

| Ətraflı


BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

Tarix: 23/02/2018

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmalar əlavə edilib.

| Ətraflı


Hüquq fakültəsinin dosenti “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib

Tarix: 12/02/2018

Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti Rəna Quliyeva “Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə, təhsilin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə” Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

| Ətraflı


BDU və Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb

Tarix: 30/01/2018

Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb.

| Ətraflı


HÜQUQŞÜNAS TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!!!

Tarix: 24/01/2018

2-5 may 2018-ci il tarixlərdə Bakı və Quba şəhərlərində Bakı Dövlət Universiteti və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin əməkdaşlığı ilə “Hüquq qaydası, Aİ və Mərkəzi Asiya və Qafqaz regionu ölkələri arasında azad ticarət – preferensial ticarət sazişləri” mövzusunda birgə tələbə seminarı keçiriləcəkdir.

| Ətraflı


Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib

Tarix: 23/01/2018

Bakı Dövlət Universiteti “Azərbaycan hüquq jurnalı” adlı elmi jurnal təsis edib.

| Ətraflı


Hüquq fakültəsinin məzunlarına BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

Tarix: 16/01/2018

Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına “ikili diplom” verilməsinə həsr olunmuş tədbir keçirilib.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |