KAZIMOV MİRƏLİ SAHİB OĞLU

KAZIMOV MİRƏLİ SAHİB OĞLU

Iqtisad elmləri namizədi, dosent
İş telefonu: +(994) 12 403 84 42 (51)
e-mail: vergi3m@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT
01 iyul 1974-cü ildə Bakı şəhərində ailəsində anadan olub.
1988-ci ildə Bakı şəhəri 6 №-li orta məktəbin 8 sinifini qutardıqdan sonra həmin il H.Z.Tağıyev adına Kollecin I-ci kursuna daxil olaraq 1991-ci ildə oranı “mühasib” ixtisası üzrə bitirmişdi.
1991-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun I-ci kursuna qəbul edilmiş və 1997-ci ildə “iqtisadçı” ixtisasına yiyələnərək həmin institutu bitirmişdi.
1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olmuş və 2001-ci ildə hüquqşünas diplomunu alaraq təhsilini müvəffəqiyyətlə başa vurmuşdu.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə edib, iqtisad elmləri namizədidir.
2007-ci ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının doktorantıdır

ƏMƏK FƏALİYYƏTİ
1988-ci ildən bank sahəsində əmək fəaliyyətinə başlamış və artıq 1994-cü ildən etibarən vergi orqanlarında 15 illik iş təcrübəsinə malikdir. Vergi orqanlarında işlədiyi dövrdə nümunəvi xidmətinə və yüksək peşəkarlığına görə vergilər naziri tərəfindən dəfələrlə təşəkkür elan edilmiş və Fəxri fərmanla təltif olunmuşdur.
Hal-hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləyir, vergi xidməti müşaviridir.
2002-2006-cı illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq Ticarət” və “Bank işi” kafedralarında müəllim, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin “Vergi metodologiyası” kafedrasının baş müəllimi işləmişdir.
2006-ci ildən hazırki vaxta kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasında müəllim işləyir.

2011-ci ildən Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidentidir.

TƏDQIQAT SAHƏSI
Azərbaycan iqtisadiyyatı, Azərbaycanın maliyyə kredit sferası

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Mat-lı teor. konferen. perexoda ot planovoy k rınoç. Gkon. i modeli gkon. razvitiə. B., 2003,
Qərb Universiteti. Azər. Elmi və mədəniyyəti: Aktual problemlər. Elmi-prak. konf. tezisləri. B., 2003
Azərbaycan Respublikası Prezidenti H.Əliyev cənablarının anadan olmasının 80 illiyinə həsr edilmiş elmi-praktiki konfransın materialları. B., 2003
Eurasian forum 2007 Accountants and auditors

SEÇILMIŞ ƏSƏRLƏRI

40-dan artıq elmi məqalənin, 2 monoqrafiyanın, 5 dərs vəsaitinin və 4 tədris proqramının (birgə müəllifliklə) müəllifidir.