Nişat İnqilab oğlu Rəhimov


Bakı Dövlət Universiteti “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının müəllimi

İş telefonu: +99412 5391005

Mobil: +99450 6877464

E-mail: [email protected]

 

 

QISA BİOQRAFİK MƏLUMAT

  • 1985-ci ildə Bakı şəhərində anadan olub;
  • 2001-ci ildə Bakı şəhər 265 saylı orta məktəbini bitirib;
  • 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsili alıb;
  • 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb;
  • 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub;
  • 2008-2011-ci illərdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Beynəlxalq münasibətlər” şöbəsində aspirantura pilləsində təhsil alıb;
  • 2013-2014-cü illərdə ABŞ-ın Tuleyn Universitetində “Dəniz hüququ” ixtisası üzrə magistr təhsili alıb;
  • Bakı Dövlət Universitetinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının müəllimidir;
  • Ailəlidir, bir övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2001-ci ildə Bakə Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuş və 2005-ci ildə bakalavr təhsil pilləsini, 2007-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə Amerika Birləşmiş Ştatlarının Tuleyn Universitetinin Hüquq fakültəsini “Dəniz hüququ” ixtisası üzrə magistraturasını bitirib. 2008-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aspirantı olmuşdur. Elmi tədqiqat mövzusu “Müasir beynəlxalq hüquqda ərzaq təhlükəsizliyi problemi”dir.

ƏMƏK FƏALİYYƏTİ

  • 2006-2007, “V.R.R., Hüquqi xidmətlər” Şirkəti, hüquqşünas
  • 2008-2012, saathesabı müəllim, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsi
  • 2012-2014, müəllim, Bakı Dövlət Universitetinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrası

TƏDQİQAT SAHƏSİ

  • Beynəlxalq hüquq, ərzaq təhlükəsizliyi, Avropa hüququ, dəniz hüququ, nəqliyyat hüququ.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2006-2017-ci illərdə bir sıra konfrans və seminarlarda iştirak etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. ATEBA – nüvə enerjisindən istifadə sferasında mühüm beynəlxalq qurumdur / Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar: əməkdaşlığın formalaşması və inkişaf perspektivləri mövzusunda Elmi-praktik Konfransın materialları. Bakı, 2006,

2. Vətəndaşlığı olmayan şəxslərin (apatridlərin) hüquqi vəziyyətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyi / Azərbaycan Respublikasında həyata keçirilən islahatlar və beynəlxalq-hüquqi əməkdaşlıq məsələləri mövzusunda Elmi-praktik Konfransın materialları. Bakı, 2007, s. 143-147.

3. Beynəlxalq cinayət-prosessual hüququn formalaşması və inkişafında beynəlxalq tribunalların yeri və rolu / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2007, №3-4(11-12), s. 199-208.

4. Müasir beynəlxalq hüquqda və Azərbaycan Respublikası qanunvericiliyində diplomatik müdafiə / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2008, №1-2(13-14), s. 91-96.

5. Qlobal problemlər onların həllində beynəlxalq hüququnun rolunun əsas xüsusiyyətləri / Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları, Humanitar Elmlər Seriyası. Bakı, 2009, s. 269-270.

6. Ərzaq təhlükəsizliyi sferasında bir sıra MDB dövlətlərinin qanunvericilik praktikası / Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri, 2009, №3, s. 323-328.

7. Некоторые проблемы правового обеспечения продовольственной безопасности / Bakı Universitetinin xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2009, №4, с. 5-12.

8. Соотношение международной и национальной продовольственной безопасности / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2009, №3(19), с. 137-141.

9. Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin iqtisadi və hüquqi aspektləri / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2009, №4(20), s. 160-164.

10. Ərzaq təhlükəsizliyi onun təmini vasitələri / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2010, №1(21), s. 71-74.

11. Ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq sahəvi təşkilatlar / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2010, №2(22), s. 71-74.

12. Ərzaq təhlükəsizliyi konsepsiyası / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2010, №4(24), s. 54-58.

13. Деятельность ФАО по обеспечению международной продовольственной безопасности / Стратегія розвитку Украіни. Науковий журнал (економіка, соціологія, право). К., 2011, №1, с. 203-206.

14. ABŞ-da ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətləri / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2011, №2(26), s. 67-71.

15. BMT sistemində ərzaq təhlükəsizliyinin təmini problemi / Nəqliyyat hüququ, 2011, №4, s. 125-131.

16. Ərzaq təhlükəsizliyinin səviyyələri və onun təmin olunması yolları / Bakı Universitetinin xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2012, №3, s. 19-27.

17. Ərzaq təklükəsizliyinin təmin edilməsinin beynəlxalq-hüquqi mexanizmləri / Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri (10 dekabr “Beynəlxalq insan hüquqları gününə” həsr edilmiş Beynəlxalq Elmi-Praktik Konfransın materialları, I cild, 13-14 dekabr 2012-ci il), Bakı, 2013, s. 239-241.

18. Ərzaq təhlükəsizliyi və Avropa ərzaq siyasəti / Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2014, №3(39), s. 45-50.

19. Modern threats to food safety / “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda Beynəlxaq Elmi-Praktiki Konfransın materialları, Bakı, 2015, s. 184-187.

20. Ərzaq təhlükəsizliyi və insan hüquqları: qarşılıqlı nisbət məsələləri / “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda Beynəlxalq Elmi-praktik Konfransın materialları, Bakı, 2016.

21. Продовольственная безопасность человека как часть национальной безопасности / Безпека людини в умовах глобалiзації сучасні правові парадигми: Матеріали Міжранодної науково-практичної конференції. Київ, Національний авіаційний університет, 2017, с. 213-217.